Azərbaycanın basketbol millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb



Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Muğan Tv xəbər verir ki, milli komanda Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinalda Lüksemburq yığmasına (15-13), finalda isə İrlandiya komandasına (20-16) qalib gəlib.

Bununla da Azərbaycan millisi 9-11 sentyabrda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, final Avstriyanın Qratz şəhərində baş tutacaq.

Azərbaycan millisi basketbolun 3x3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.