top of page

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb


Azərbaycanın bədii gimnastı Alina Məmmədova Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış Kuboku" yarışlarında gümüş medal qazanıb.

Mugantv Azərbaycan Gimnastika Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, idmançı topla hərəkətlərdə ikinci yeri tutub.

Qeyd edək ki, turnirdə Leyli Ağazadə və Fidan Aladinova da mübarizə aparır. "4-cü Qış Kuboku" dekabrın 12-də başa çatacaq.

Comments


bottom of page