top of page

Avtomobili ilə Şirvan su kanalına düşən Rusiya vətəndaşı boğularaq ölüb


Rusiya vətəndaşı Kürdəmirdə boğularaq ölüb.

MUĞAN TV AZƏRTAC-a istinadən xəbər verir ki, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən Şirvan su kanalına “Toyota” markalı minik avtomobili düşüb. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Axtarışlar nəticəsində FHN-nin əməkdaşları tərəfindən Rusiya vətəndaşı, 27 yaşlı Nimanikin Vadim Andreyeviçin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin hansı şəraitdə baş verməsi və ölümün səbəbləri araşdırmalardan sonra məlum olacaq.

bottom of page