“Azərbaycan və Estoniya üzərində qələbə bizi həvəsləndirdi”.
Bunu Avstriya millisinin futbolçusu Kevin Danso AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turunda keçirdikləri oyunlarla bağlı danışarkən deyib.
Azərbaycanı 4:1, Estoniyanı isə 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmaları əvəz edilmədən keçirən 25 yaşlı müdafiəçi artıq final mərhələsi barədə düşündüklərini bildirib: “Komandamızda olan keyfiyyəti bilirəm. Seçmə mərhələdə qrupu birinci pillədə bitirmək istəyirik. Əminəm ki, bunu bacaracağıq. İlk qələbələr də bizə bu yolda əlavə motivasiya verdi”.
Qeyd edək ki, Avstriya yığması F qrupunda növbəti oyununu iyunun 17-də səfərdə Belçikaya qarşı keçirəcək. Azərbaycan millisi həmin gün Estoniyanı qəbul edəcək.
Commenti