top of page

Avstriya yığmasının futbolçusu: “Azərbaycana qarşı tam hazır olmalıyıq”


“Seçmə mərhələdə Estoniya və Azərbaycana qarşı tam hazır olmalıyıq”.

Mugantv xəbər verir ki, bunu Avropa çempionatı-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının futbolçusu Kevin Danso ölkəsinin mətbuatına açıqlamasında deyib.

Fransanın “Lans” klubunun 24 yaşlı müdafiəçisi bütün matçlarda diqqətli olmağın vacibliyini vurğulayıb. O, komandasının final mərhələsinə vəsiqə qazanmaq şansını yüksək dəyərləndirib: “Maraqlı qrupdur. İsveç yenidən böyük turnirə vəsiqə qazanmağa çalışacaq. Belçikanın dünya çempionatında işləri yolunda getməsə də, onların fərdi baxımdan nə qədər güclü oyunçulara malik olduğunu hamımız bilirik. İndi kiçik komanda, demək olar ki, yoxdur. Hər bir rəqib hörmətə layiqdir. Biz bu cür davransaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə qatılacağımıza əminəm”.

Qeyd edək ki, F qrupunda I turun oyunları martın 24-də keçiriləcək. Həmin gün Avstriya seçməsi Vyanada Azərbaycan millisini qəbul edəcək.

Comments


bottom of page