top of page

Avstriya - Azərbaycan oyunu üçün biletlərin əksəriyyəti satılıb


Martın 24-də Linz şəhərində Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə oyununa maraq böyükdür.

Ötən gün qarşılaşma üçün bir neçə saat ərzində 15 min bilet satılıb.

Digər biletlərin martın 15-dən sonra satışa çıxarılacağı bildirilib.

Qeyd edək ki, "Raiffeisen Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Stadion 19 min azarkeş tutumuna malikdir.

Commenti


bottom of page