top of page

Avstraliyada yüzlərlə uşaq yol kənarında doğulub


Avstraliya bölgələrində həkim çatışmazlığı doğum evlərinin bağlanması və ya xidmətlərin azaldılması ilə nəticələnib.

Yerli qadınlar doğuş üçün münasib yer tapmaq məqsədilə ailələrindən ayrılmağa, uzun məsafələr getməyə, hotel sifariş etməyə məcbur qalıblar.

Vəziyyət ucqar ərazilərdə xüsusilə ağırdır.

Avstraliya Sağlamlıq və Rifah İnstitutunun məlumatları göstərir ki, təkcə 2020-ci ildə ölkə üzrə 1500-dən çox körpənin doğum yeri sənədlərdə "digər" kimi göstərilib. Buraya ananın xəstəxanaya çatmasından əvvəl evdə, avtomobildə və ya yol kənarında doğuş daxildir.

Bildirilir ki, Avstraliyanın kənd yerlərində və bölgələrində vəziyyət pandemiya dövründə və ondan sonra daha da pisləşib. Belə ki, iri şəhərlərdə tibb işçilərinə böyük ehtiyac yaranıb. Bu isə şəhər və kənd səhiyyə xidmətləri arasında fərqi daha da artırıb.

Comments


bottom of page