top of page

Avropada təbii qazın qiyməti artıb


Avropada təbii qazın qiyməti həftənin ilk ticarət günündə 7% artıb.

Bunu "ICE London" Fond Birjasının məlumatları göstərir.

TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri 1000 kubmetr üçün 773,6 dollar (+2%) səviyyəsində ticarətə başlayıb. Daha sonra onların dəyəri 811,4 dollar (+7%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 758,5 dollar) əsaslanır.

Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dən bəri ilk dəfə 700 dollardan aşağı düşüb.

bottom of page