top of page

Avropa Pensiya Fondu neft və qaza investisiya qoymaqdan imtina edib


Niderlandda dövlət qulluqçuları və müəllimlər üçün Avropanın ən böyük pensiya fondu olan “Stichting Pensioenfonds ABP” “yaşıl” investisiya siyasətinin bir hissəsi olaraq, neft-qaz sektorunda və kömür sənayesindəki təxminən 10 milyard avro dəyərində bütün likvid aktivlərini satıb.

Muğan tv xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

ABP-nin müşahidə şurasının sədri Harmen van Veynen bildirib ki, fond 2023-cü ilin birinci rübündə qalıq yanacaqla bağlı son səhmlərini, istiqrazlarını və neft fyuçerslərini satıb. Belə ki, fond 2021-ci ildə 15 milyard avroluq riskinin böyük hissəsini geri götürmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib.

Bununla belə, ABP-nin portfelinin təxminən 4,8 milyard avrosu neft və qaz aktivlərinə qeyri-likvid investisiyalarda, qeyri-ictimai şirkətlərdə, özəl kapital fondlarında və hedcinq fondlarında qalır.

Uzunmüddətli müqavilələr səbəbindən fondun bu investisiyalardan tam çıxması bir neçə il çəkəcək.

Comments


bottom of page