top of page

Avropa İttifaqı nümayəndəliyinin MAR-ın paytaxtındakı binasında yanğın baş verib


Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərində Avropa İttifaqı (Aİ) nümayəndəliyinin bina kompleksində yanğın baş verib.

Mugantv xəbər verir ki, bu barədə Aİ-nin MAR-dakı səfiri Duqlas Darius Karpenter tviter səhifəsində məlumat yayıb.

Yanğın dekabrın 19-na keçən gecə baş verib və nəticədə zərərçəkən olmayıb. Hadisəyə nəyin səbəb olduğu, eləcə də digər təfərrüatlar açıqlanmır. Aİ nümayəndəliyi yanğınla bağlı hələ açıqlama verməyib.

Opmerkingen


bottom of page