top of page

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələyə Avstriya səfərində start verir


Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində mübarizəyə start verir.

Canni De Byazinin komandası 2023-cü ildəki ilk sınağına Avstriyada çıxacaq.

Yığma Linz şəhərində yerli komandanın qonağı olacaq. Ralf Ranqnikin kollektivi doğma arenasındakı görüşün favoriti sayılsa da, heyətində kifayət qədər itkilər var. Belə ki, Filip Linxart, Matias Honsak, Marko Arnautoviç və Aleksander Şlageri zədə səbəbindən komandadan uzaqlaşdırmalı olan almaniyalı mütəxəssis kapitan David Alabaya da bu matçda istirahət verməyi planlaşdırır. Həmçinin, Stefan Poş və Aleksander Prassın da iştirakı sual altındadır.

Azərbaycan millisində yeganə itki Mahir Emrelidi. Hücumçu zədə ucbatından komandadan ayrı qalıb.

AVRO-2024, seçmə mərhələ

F qrupu, I tur

24 mart

23:45. Avstriya – Azərbaycan

Baş hakim: Bartoş Frankovski (Polşa)

Linz, “Raiffeisen Arena”

Commenti


bottom of page