top of page

Avrasiya İqtisadi İttifaqın sammiti Bişkekdə keçiriləcək


Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin liderlərinin sammiti dekabrın 9-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.

Mugantv bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Qızğızıtsan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qırğızıstan və Qazaxıstan liderləri Sadır Japarov və Kasım-Jomart Tokayev arasında telefon danışığı zamanı sammitə hazırlıq, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqına 5 ölkə daxildir: Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Ermənistan.

bottom of page