top of page

"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib


İspaniyanın "Atletik" (Bilbao) komandasının futbolçusu İnyaki Uilyams 28 illik rekordu təkrarlayıb.

Mugantv xəbər verir ki, 28 yaşlı hücumçu buna La Liqanın XIII turunda "Jirona" ilə oyunda meydana çıxmaqla nail olub.

Qanalı forvard yerli çempionatda ardıcıl 246-cı matçda iştirak edib. Uilyams bu göstəriciyə görə, 1987 - 1994-cü illərdə Almaniya "Ayntraxt"ının heyətində eyni sayda görüş keçirmiş Manfred Bintsin rekordunu yeniləyib.

Qeyd edək ki, İnyaki Uilyams peşəkar karyerasında yalnız Bilbao təmsilçisinin formasını geyinib. O, ümumilikdə 384 qarşılaşmada 101 qola imza atıb. Hücumçunun klubla müqaviləsi 2028-ci ilədək nəzərdə tutulub.

Comments


bottom of page