top of page

Atalıq məzuniyyəti: hansı ölkədə necə təyin olunur? - Araşdırma


Valideynlik qayğısı uşağın müəyyən yaş dövründə vacib əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində analıq məzuniyyəti ilə bağlı praktiki nəticələrə gəlinib və bu sahədə fikirlər konkretləşdirilib. Atalıq məzuniyyəti isə dünyanın böyük hissəsində mübahisəli məsələ olaraq qalır. Eyni zamanda dünya ölkələrinin praktikasında atalıq məzuniyyəti ilə bağlı fərqliliklər müşahidə edilir.

Bakıpost.az atalıq məzuniyyəti ilə bağlı kiçik araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik:

Atalıq məzuniyyətinin təyinatı ölkədən-ölkəyə fərqlənir. Dünyanın bir sıra ölkələrində atalıq məzuniyyəti ana vəfat etdikdə, yaxud fiziki imkanları məhdudlaşdıqda təyin edilir. Dünya ölkələri atalıq məzuniyyətini tətbiq edərkən bu kriteriyaları rəhbər tuturlar:

- Bioloji atalıq, - Övladlığa götürülmə nəticəsində atalıq.

Bəs atalıq məzuniyyətinin dünya praktikasında tətbiqi necədir?


Litva Litvada atalar qismən ödənişlə 30 günlük atalıq məzuniyyəti alırlar. Ancaq qanunvericilik atalara ailə vəzifələri üçün daha çox vaxt verməyə meyillidir. Məqsəd qadınların iş qüvvəsi olaraq qeyri-aktiv istifadəsini aradan qaldırmaqdır.

ABŞ ABŞ-da isə atalıq məzuniyyəti tələb edən heç bir qanun yoxdur. Bu məsələdə şirkətlər daha aktiv fəaliyyət göstərməyə çalışırlar. ABŞ-ın təxminən 20% kişinin atalıq məzuniyyətinə çıxmaq imkanı var. Lakin kişilərin əksəriyyəti atalıq məzuniyyətinin karyeralarına zərbə vuracağından qorxub bu təklifdən imtina edirlər.

Böyük Britaniya Böyük Britaniyada isə atalar 151,97 avro və ya adi maaşın 90%-i məbləğində qanunla müəyyən edilmiş ödənişi təmin edərək, məzuniyyət götürmək imkanına sahib ola bilirlər.

Azərbaycan Azərbaycanda atalıq məzuniyyəti məsələsi qanunvericiliklə birbaşa tənzimlənməsə də, Əmək Məcəlləsinin 128 və 130-cu maddələri əsasında uşağın dünyaya gəlməsi ilə bağlı bəzi təminatlar müəyyən edilir.

İşəgötürən ildə bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuş mərhələsində olan işçinin ərizəsi əsasında ona 14 gün və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 gün müddətinə ödənişsiz məzuniyyət təyin edə bilər.

コメント


bottom of page