top of page

Ata 4 yaşlı qızını öldürüb intihar etdi


Moskva vilayətinin Puşkino şəhərində kişi dörd yaşlı qızını öldürərək intihar edib.


Muğan TV Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Nadsonovskaya küçəsində yerləşən çoxmərtəbəli binanın mənzillərindən birində baş verib. Ata əvvəlcə azyaşlı qızını odlu silahla güllələyərək öldürüb. Sonra da intihar edib.


Faktla bağlı cinayət işi başlanıb, hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

“Mash” teleqram kanalının məlumatına görə, mərhumun anası hadisə yerindən qaçaraq polisə müraciət edib.

Comentarios


bottom of page