top of page

Ata 13 yaşlı qızını sevən oğlanı boğub məzarlıqda basdırdı - BAKIDA ŞOK CİNAYƏT


Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.

Hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkar edilib.

Əldə etdiyimiz məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Qeyd edək ki, H.Şeydabəyovun itkin düşməsi barədə xəbər vermişdik.

Hazırda faktla bağlı araşdırma aparılır.



Lentaz

bottom of page