
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani aprelin 13-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bunu B.Osmani tviterdə yazıb.
Tərəflər xüsusilə Cənubi Qafqaz regionundakı durumu müzakirə ediblər.
Qeyd edək ki, B.Osmani bölgədə səfərdədir. O, aprelin 11-də Gürcüstanda, aprelin 12-də isə Azərbaycanda olub.