top of page

Astarada yol çökdü, körpü dağıldı - Foto


Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.


Muğan TV report-a istinadən xəbər verir ki, ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb.


Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.

Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə, dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.


Röya Ağayeva

bottom of page