top of page

Astarada oğul 71 yaşlı atasını öldürdü



Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Muğan TV bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb.


Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


Mehriban Mirzəzadə

bottom of page