top of page

Astara sakinindən tapança və psixotrop maddə aşkarlandı - FOTO


Astara sakinindən tapança və psixotrop maddə aşkarlanıb.


Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Muğan TV-yə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb.


Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron, eyni zamanda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.



Comments


bottom of page