top of page

"Arsenal" Premyer Liqada bir rəqibi 100 dəfə məğlub edən ilk komanda olub


"Arsenal" klubu İngiltərə Premyer Liqasının tarixinə düşüb.

"Topçular" buna VII turdan təxirə salınmış oyunda "Everton"a 4:0 hesabı ilə qalib gəlməklə nail olub.

Bu, London təmsilçisinin yüksək dəstədə eyni komanda üzərindəki 100-cü qələbəsidir. Beləliklə, "Arsenal" çempionatda bir rəqibə qarşı 100 qalibiyyət əldə edən ilk klub adına sahib çıxıb.

Tərəflər indiyədək Premyer Liqada 204 dəfə üz-üzə gəliblər. Bunların 100-də paytaxt komandası qələbə qazanıbsa, 43 görüşdə heç-heçə qeydə alınıb. Mersisaydlılar 61 dəfə qələbə sevinci yaşayıblar.

Qeyd edək ki, "Arsenal" hazırda 60 xalla turnir cədvəlinə başçılıq edir. İkinci sıradakı "Mançester "Siti"nin 55 xalı var.

bottom of page