top of page

Argentinada güclü zəlzələ baş verib



Argentinada 6,6 ​​bal maqnitudada zəlzələ qeydə alınıb.


MuğanTV xəbər verir ki, bu barədə bazar ertəsi, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.


Mərkəz UTC vaxtı ilə saat 03.05-də (Bakı vaxtı ilə saat 07:05) 4,3 min nəfərin yaşadığı Lonqopue şəhərindən 25 km aralıda yeraltı təkanı qeydə alıb.


Mərkəzin məlumatına görə, zəlzələ ocağı 171 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.


Mehriban Xəlilli

bottom of page