Argentina Ukrayna üçün humanitar yardım göndərib
top of page

Argentina Ukrayna üçün humanitar yardım göndərib


Argentinanın Ukrayna üçün humanitar yardımı Polşaya yola düşüb.

Bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“XİN-in tabeliyində olan və Sabina Frederik tərəfindən idarə olunan Argentinanın Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyinin rəhbərliyi öz ərazilərində hərbi münaqişədən zərər çəkmiş ukraynalılara yardımın 12-ci partiyasının göndərilməsində dəstək olub”, - məlumatda vurğulanıb.

İdarə diqqətə çatdırıb ki, humanitar yardım partiyası Argentinada yaşayan Ukrayna diasporu tərəfindən toplanıb. Buraya, xüsusən də Argentina əczaçılıq şirkəti tərəfindən bağışlanan dərmanlar daxildir.

Yardım Polşaya çatdırılacaq, oradan isə Kiyevə yönləndiriləcək.

bottom of page