top of page

Argentina millisi mundiallarda toplanan xal sayında İtaliyanı geridə qoyub


Futbol üzrə Argentina millisi dünya çempionatlarında ən çox xal toplayan komandaların siyahısında 3-cü pilləyə yüksəlib.

Cənubi Amerika təmsilçisi Qətərdə keçirilən DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya üzərində 3:0 hesablı qələbə ilə buna nail olub.

FIFA tərəfindən komandaların hər qalibiyyətinin 3, heç-heçəsinin isə 1 xalla hesablandığı sıralamaya əsasən, Argentina yığması mundiallar tarixində ümumi xal sayını 157-yə çatdırıb. Onlar builki dünya çempionatına qatıla bilməyən İtaliya seçməsini geridə qoyublar.

Cədvələ beşqat dünya çempionu Braziliya millisi başçılıq edir. “Sambaçılar” dünya çempionatlarında iştirak etdikləri 114 qarşılaşmada 247 xal qazanıblar.

1. Braziliya – 114 oyun / 247 xal

2. Almaniya – 112 / 225

3. Argentina – 87 / 157

4. İtaliya – 83 / 156

5. Fransa – 71 / 127

6. İngiltərə - 74 / 118

7. İspaniya – 67 / 110

8. Niderland – 55 / 104

9. Uruqvay – 59 / 88

10. İsveç – 52 / 73

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin dekabrın 18-də keçiriləcək final oyununda Fransa – Mərakeş matçının qalibi ilə qarşılaşacaq.

bottom of page