top of page

AQTA 63 qida məhsullarının saxlanılması anbarında yoxlama keçirib


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2022-ci il ərzində ölkə ərazisində fəaliyyət göstərən 63 qida məhsullarının saxlanılması anbarında yoxlama keçirilib.

Bu barədə AQTA-dan bildırılib.

"Yoxlamalar məhsulların etiketlənməsində qanunvericiliyə uyğun zəruri məlumatların qeyd olunmaması və keyfiyyətinin aşağı olması, yararlılıq müddətinin bitməsi, qida məhsulunun nəmliyinin çox olması və məhsulu qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə əlaqədar vətəndaş müraciətləri ilə bağlı olub", - sorğunun cavabında qeyd olunub.

Aparılan yoxlamalar zamanı aşkar edilmiş uyğunsuzluqlar aşağıdakılardan ibarətdir:

- anbarda sanitariya norma və qaydalarına riayət olunmaması;

- anbarın sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması;

- anbarlarda mal qonşuluğu qaydalarına və temperatur rejiminə əməl olunmaması;

- məhsulun üzərində qanunvericiliyə uyğun zəruri məlumatları əks etdirən etiketlənmənin təmin edilməməsi və ya etiketlənmədə istehlakçılara yanlış məlumatların verilməsi, məhsulun üzərində Azərbaycan dilində məlumatların olmaması;

- anbar sahəsinin temperatur və rütubət rejiminə nəzarət etmək üçün ölçmə vasitələri ilə təmin edilməməsi;

- məhsulların müşayiətedici sənədlərinin (baytarlıq arayışı, çıxarış və s.) olmaması;

- işçilərin gigiyena tələblərinə riayət edilməsi üçün şəraitin təmin edilməməsi, onların ilkin və dövrü tibbi müayinədən keçməməsi;

- dezinfeksiya, dezinseksiya və deratizasiya işlərininin aparılmaması.

"Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar 3 müəssisədə mal partiyasının satışının dayandırılması, 1 müəssisədə mal partiyasının satışının qadağan edilməsi, 2 müəssisədə mal partiyasının dövriyyədən çıxarılması, 1 müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. 38 müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb, 1 müəssisə barəsində məlumatlar hüquq mühafizə orqanına göndərilib", - AQTA-dan bildırılib.

bottom of page