top of page

Apteklərdə yoxlama zamanı 40 qutu dərman müsadirə edildi - FOTO


Analitik Ekspertiza Mərkəzinin aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumat təqdim edib.


Muğan TV xəbər verir ki, AEM-dən verilən məlumata görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.


7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.



Comentários


bottom of page