Aprelin 25-dən müəllimlərin ənənəvi yerdəyişməsinə start veriləcək



"25 aprel 11:00-da müəllimlərin ənənəvi yerdəyişməsinin sənəd qəbuluna start veriləcək".


Bunu Təhsil Resursları İnstitutunun İnsan Resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bilirib. Onun sözlərinə görə, növbəti 9 gün ərzində sistem aktiv olacaq:


"4 may saat 11:00-da sistem bağlanacaq. Ötən illərdən fərqli olaraq namizədlər sənəd qəbulunda vakansiya seçimi etməyəcəklər, sadəcə şəxsi məlumatlarını göndərəcklər, sənəd yükləmək lazım olsa sənəd yükləyəcəklər. Emal prosesindən sonra yeni qaydalarla vakant seçiminə start veriləcək".