
Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan əsgər Cәsarәt Ziyadov dəfn olunub.
Muğan TV report-a istinadən məlumat verir ki , mərhum doğulduğu Xırmandalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
11:43
Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan əsgər Ziyadov Cәsarәt Zaur oğlunun nəşi Biləsuvar rayonuna gətirilib.
Muğan TV report-a istinadən bildirir ki, onunla doğulduğu Xırmandalı kəndindəki evində vida mərasimi keçirilir.
Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdən sonra o, kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid C.Ziyadov 2004-cü ildə Biləsuvarın Xırmandalı kəndində anadan olub və 9 ayın əsgəri idi.
Röya Ağayeva
Bình luận