Antalya Diplomatiya Forumu öz işinə başlayır



Bu gün Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayır.

Trend xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının dəstəyi və Xarici İşlər Nazirliyi (XİN) təşkilatçılığı ilə keçirilən Antalya Diplomatiya Forumunda ümumilikdə 2000 qonağın iştirakı gözlənilir.

12 dövlət və hökumət başçısı, nazirlər, nüfuzlu siyasətçilər, elm və iş adamları, media nümayəndələrinin qatıldığı Forumda qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə ediləcək.

Forumda Azərbaycanı Xarici İşlər naziri Ceyhun Bayramov təmsil edir.