top of page

Ankarada silah anbarında partlayış olub, yaralılar var - FOTO


Türkiyənin paytaxtı Ankara şəhirinin Mamak rayonundakı Maşınqayırma və Kimya Sənayesi fabrikinin sursat anbarında naməlum səbəbdən partlayış baş verib.


Muğan TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər yaralanıb.

Partlayış nəticəsində yaralananlar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.


Məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib.

Hadisənin baş vermə səbəbi araşdırılır.


Qeyd edək ki, 1931-ci ildə qurulan fabrikidə Türk Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Təşkilatı ehtiyacları üçün sursatlar, müxtəlif kapsullar və pirotexniki sursatlar, həmçinin səs, işıq və qaz sursatları istehsal olunur.



Ləman Hafizi

Comments


bottom of page