
Qırx dörd günlük Vətən müharibəsində fədakarcasına döyüşən qazilərimizin qardaş Türkiyədə müalicəsi və sağlamlıqlarının bərpası uğurla davam edir.
MUĞAN TV AZƏRTAC-a isyinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri Ankarada müalicə olunan bir qrup qazi ilə görüşüblər.
Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimilik və doğmalıq şəraitində keçirilən görüşdə Vətən müharibəsinin şanlı səhifələri, savaşdan sonra şəhid ailələri və qazilərə göstərilən dövlət və ümumxalq qayğılarından danışılıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Allahverdiyev və Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov dövlət sərhədimizin bərpası, vətənimizin bütövlüyü uğrunda canlarından və qanlarından keçən qəhrəman övladlarımızın heç zaman unudulmayacağını vurğulayıblar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun sıralarında Vətən yolunda döyüşdüklərinə görə hər zaman qurur duyacaqlarını bildirən qazilərimiz sağlamlıqlarının bərpası üçün göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.
“YAŞAT” Fondunun fəaliyyəti barədə xoş sözlər ifadə olunub.
Qazi atası Azər Nəzərli bildirib ki, ehtiyac olarsa qazi oğlu ilə bərabər müqəddəs Vətənin keşiyində dayanmağa hazırdır.
Görüşün sonunda qazilərə bayram sovqatı verilib.
Komentarze