top of page

Andres İnyesta yayda klubunu dəyişəcək


İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta klubunu dəyişəcək.

39 yaşlı yarımmüdafiəçi yayda Yaponiya təmsilçisi "Vissel Kobe"dən ayrılacaq.

Təcrübəli oyunçu az forma şansı əldə etdiyi üçün vidalaşmaq qərarına gəlib.

Qeyd edək ki, Andres İnyesta 2018-ci ildə "Vissel Kobe"yə keçib. Onun klubla müqaviləsi 2024-cü il yanvarın 31-dək qüvvədədir. Yarımmüdafiəçi komandada 132 oyun keçirib, 26 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari ildə dörd matçda cəmi 59 dəqiqə meydanda olub.

bottom of page