top of page

Anar Kərimov Türkiyəyə gedib


Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə gedib.

Mugantv xəbər verir ki, o, hazırda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının Bursada keçirilən 39-cu iclasında iştirak edir.

Nazir tədbirdə çıxışı zamanı TÜRKSOY-a üzv olan dövlətlərə çağırış edib: "Dünyada baş verən proseslər bizi daha da həmrəy olmağa çağırır. Ona görə də hesab edirəm ki, mədəniyyət sahəsində əməkdaşlığımız gücləndirilməlidir. Biz öz mədəniyyətimizi müasir qloballaşmanın mənfi təsirlərindən qorumalıyıq. Odur ki, bunun üçün mübarizə aparmalıyıq".

Azərbaycanın mədəniyyət naziri TÜRKSOY mədəniyyət nazirlərini gələn il Şuşaya dəvət edib.

Comments


bottom of page