Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması və ehtiyat siyahısının yaradılması məqsədilə ali təhsilli, 1 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edir.
Bu barədə Muğan TV ANAMA-dan məluma verilib.
Bildirilib ki, Coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) Ali təhsilin və MS Office proqramların olması mütləqdir. Seçim zamanı ArcGİS proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə üstünlük veriləcəkdir. Qeyd edilən vakant vəzifələr Agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.
Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
şəxsiyyət vəsiqəsinin surəti;
təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin 15 avqust tarixinədək həyata keçiriləcək.
Mehriban Mirzəzadə
Comments