top of page

ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı Ombudsmanın reaksiyası



İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Azərbaycanın azad olunmuş

ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə

minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu

vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar

ünvanlamışdır.


"Muğan Tv" xəbər verir ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların

həyatına son qoymuş və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olmuşdur.

Daha bir azərbaycanlı mülki şəxs piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vəliyev

Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində xidməti

vəzifəsini yerinə yetirərkən minaya düşüb və sol ayağı topuq nahiyəsindən travmatik

amputasiya olunub.


Təəssüflə bildiririk ki, beynəlxalq təşkilatlar tərəfindən insan həyatı

üçün potensial təhlükə olaraq qalmaqda davam edən minalarla bağlı konkret tədbirlər

görülmür, bu isə günahsız insanların həlak olmasına və ya xəsarətlər almasına səbəb

Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı

ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini

xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət

bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram.

bottom of page