top of page

Amerikalıların tərbiyə üsullarından bəziləri sizi MAT QOYACAQ


Amerika həmişə başqalarının həsədlə baxdığı ölkə olub: həyat səviyyəsi, biznes, əyləncə və digər cəhətdən... Bəs uşaq tərbiyəsi məsələsində necə, ABŞ nə qədər irəli gedib?

Mugantv oxucuları okeanın o tayında uşaqların tərbiyə üsulları ilə tanış edir.

Qəyyumsuz Birləşmiş Ştatların əsas simvollarından biri Azadlıq Heykəlidir. Amerikalılar hər şeydə azadlığı yüksək qiymətləndirirlər: hərəkətdə, ünsiyyətdə, mədəniyyətdə. Müstəqil olma istəyi onlarda uşaqlıqdan yaranır. Odur ki, Ştatlarda uşaqlara daha az nəzarət etməyə çalışırlar. Məsələn, mağazada valideynlər alış-verişlə məşğuldurlar, uşaq isə beton döşəmədə tək oturub oynayır və heç kim ona demir ki, "Qalx, ay bala, ananın yanından uzağa getmə!" Yeri gəlmişkən, bu ölkədə hətta muzeylərdə yerdə oturmağa icazə verilir.

Rüşvətlə susdurulma taktikası Amerikalı uşaqların 30 faizdən çoxu obezdir. Səbəblərdən biri stressdə daha çox yemək vərdişidir. Uşaq dəcəldirsə, onu şirniyyatla sakitləşdirməyə çalışacaqlar. Uşaq mızıldamağa başlayan kimi, konfet və digər şirnikləndirici vasitələrlə susdurmağa üstünlük verirlər. Yemək, əlbəttə ki, sakitləşdirir, lakin problemləri həll etmir, ancaq əlavə edir.

Nənə və babadan uzaq


Azərbaycan ailələrində nənə və baba uşağın tərbiyəsində böyük rol oynayır, amma ştatlarda bu, nadir rast gəlinən haldır. Valideynlər övladlarını ciddi şəkildə, həm də təkbaşına böyüdürlər, yaşlı nəsil isə yalnız arabir nəvələrinə baş çəkir və ya fövqəladə hallarda köməyə gəlir. Çox vaxt onlar müxtəlif şəhərlərdə yaşadıqları üçün ildə cəmi bir-iki dəfə görüşürlər.

Dayə ABŞ-da bizim öyrəşdiyimiz dövlət uşaq bağçaları və körpələr evi sistemi yoxdur. Özəl hazırlıq siniflərinə uşaqlar 5 yaşından qəbul edilir. Burada onlar rəsm çəkir, plastilindən heykəllər düzəldir, mahnı oxuyur və rəqs edirlər. Ondan əvvəl uşaqlar daha çox dayələrin yanında qalırlar, çünki ana və ata bütün gün işdə olur. Analıq məzuniyyəti isə cəmi üç ay verilir. Ali təhsili olmayan xarici vətəndaşların çoxu burada dayə işləyir.

Valideynlər üçün başqa bir seçim uzaqdan işləmək və ya part-time çalışmaqdır ki, ana və ata növbə ilə körpəyə qulluq edə bilsinlər.

Məsuliyyətli vətəndaş Qanunlara əməl etmək vərdişi tərbiyənin təməlidir. Amerikalılar qanunlara hörmət edən vətəndaşlar yetişdirməyə çalışır və ətrafdakılardan da eyni həssaslığı tələb edirlər. Məsələn, sinifdə kimsə ev tapşırığını etməyibsə və ya köçürübsə, müəllim bundan mütləq xəbər tutacaq. Bir tərəfdən bu, həmyaşıdları arasında münasibətləri inkişaf etdirmir, digər tərəfdən, uşaqlar kömək üçün böyüklərə müraciət etməkdən qorxmurlar. Bu, şübhəsiz ki, bir üstünlükdür.

bottom of page