top of page

Amerikalı pop-ulduz 34 yaşında vəfat edib


Amerikalı müğənni və aktyor Aaron Çarlz Karter 34 yaşında vəfat edib.

Mugantv xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Karterin meyiti Kaliforniya ştatının Lankaster şəhərindəki evində tapılıb. Ölümün səbəbi açıqlanmır.

Portalın məlumatına görə, Karter 1990-cı illərin sonunda doqquz yaşında çıxardığı debüt albomu “Aaron Karter” sayəsində məşhurlaşıb. Aaron həmçinin qardaşı Nik Karterin də daxil olduğu “Backstreet Boys” musiqi qrupu ilə qastrol səfərlərdə olub.

bottom of page