top of page

Amerikalı politoloq: “Azərbaycan səfirliyinə hücuma görə təqsirkarlar məsuliyyətə cəlb edilməlidir”


“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə təqsirkarlar məsuliyyətə cəlb edilməlidir”.

Bunu açıqlamasında Siyasi Araşdırmalar İnstitutunun (ABŞ) “Xarici siyasət diqqət mərkəzində” departamentinin direktoru Con Feffer bildirib.

“Əlbəttə ki, bu, faciəli hadisədir. Qətllər daxil olmaqla oxşar hadisələrə insidentin baş verdiyi ölkənin qanunlarına uyğun olaraq məhkəmə qaydasında baxılmalıdır”, - politoloq deyib.

C.Fefferin sözlərinə görə, son vaxtlar İranla Azərbaycan arasında ciddi gərginlik yaranıb: “Mənim üçün vacib məsələ odur ki, son insident bu gərginliyin iki ölkə arasında faktiki münaqişə səviyyəsinə yüksəlməsinə gətirib çıxarmasın”.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Comments


bottom of page