top of page

Amerikalı nazir: “Rusiya neftinin qiymətinin məhdudlaşdırılması Putinin ən mühüm gəlir mənbəyini kəs


“Rusiya neftinə yeni qiymət həddi Rusiya Prezidenti Vladimir Putinin maliyyə imkanlarını daha da məhdudlaşdıracaq və onun qəddar işğalı maliyyələşdirmək üçün istifadə etdiyi gəliri azaldacaq”.

Mugantv xəbər verir ki, bu barədə BBC ABŞ-ın maliyyə naziri Canet Yellenin bəyanatına istinadən yazıb.

Nazirin sözlərinə görə, Rusiya iqtisadiyyatının onsuz da kiçildiyi və büdcəsinin getdikcə tükəndiyi bir şəraitdə qiymət həddi Putinin ən vacib gəlir mənbəyini dərhal kəsəcək.

Qeyd edək ki, yeni məhdudiyyət ölkələrə Rusiya xam neftinin dəniz ixracı üçün 1 barelə 60 ABŞ dollarından (48 funt sterlinq) çox pul ödəməyə imkan vermir.

Comments


bottom of page