
Uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı, hazırda influenser kimi fəaliyyət göstərən Günel Hümbətova Azərbaycana qayıdıb.
Bakıya gələn Günel anası ilə yeni görüntüsünü yayımlayıb.
O bu barədə sosial şəbəkə hesabında foto paylaşıb.
"Gəldim çıxdım doğma Bakıya" - deyə G.Hümbətova qeyd edib.
Qeyd edək ki, Günel Hümbətova Firuz adlı əcnəbi vətəndaşla ailə qurub, ABŞ-a köçmüşdü. Onun bir qız övladı var.
