top of page

AMEA: "Azərbaycanda su qıtlığı daha da artacaq"


"Azərbaycanda su qıtlığı getdikcə daha da artacaq".

Bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında deyib.

Onun sözlərinə görə, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: "Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir: "Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.

bottom of page