top of page

Altı aydır döyüşlərin getdiyi Baxmutdakı son durum açıqlanıb, şəhər xarabalığa çevrilib


“Rusiya ordusu nəyin bahasına olursa olsun, Baxmutu ələ keçirmək istəyir. Şəhər xarabalığa çevrilib”.

Mugantv UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski deyib.

O bildirib ki, Baxmut uğrunda döyüşlər davam edir: “Vəziyyət hazırda nəzarətdədir. Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır”.

General-polkovnik söyləyib ki, Rusiya qoşunları ağır artilleriyasının fəallığını və hava zərbələrinin sayını artırıb, mövqelərini gücləndirib: “Eyni zamanda, əsgərlərimizin qəhrəmanlığı nəticəsində düşmən xeyli itki verir. Nəticədə qarşı tərəfin hücumu əhəmiyyətli dərəcədə səngiyir. Rusiya qoşunları bir anda bir neçə istiqamətdə irəliləyirlər, lakin hücum cəhdlərinin əksəriyyəti uğursuz olur”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Təxminən yarım ildir ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir.

bottom of page