top of page

Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər


Almaniya vətəndaşlarının 75 faizi hər il yay vaxtına keçilməsinə qarşı olduğunu bildirib.

Bu barədə "YouGov" sosioloji institutunun apardığı sorğunun nəticələrində qeyd olunub.

Belə ki, martın 17-dən 21-dək aparılan araşdırmada 2 046 nəfər iştirak edib.

Sorğuda iştirak edən almanların 75%-i saatların mövsümi dəyişməsinin əleyhinə olduğunu bildirib. Respondentlərin yalnız 18%-i əks fikir bildirib.

Beləliklə sosioloqlar müəyyən ediblər ki, almanlar "yay-qış vaxtı"nın tətbiqi ilə bağlı məsələdən imtinanın tərəfdarıdırlar.

bottom of page