top of page

Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"


"Azərbaycana gedəcəyim üçün çox sevinirəm".

Bunu Almaniyanın "Frayburq" komandasının futbolçusu Yannik Kaytel "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

22 yaşlı almaniyalı yarımmüdafiəçi heç vaxt bu ölkədə olmadığını bildirib: "Qarşılaşmaya ciddi yanaşacağıq. Bakıdakı matçda qələbə qazanmaq istəyirik. Heyətdə kimin yer almasından, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq, yüz faiz gücümüzü ortaya qoyacağıq".

Kaytel Almaniyada "köhlən atlar"a 2:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin I tur oyununu da xatırlayıb: "Həmin görüş çox gərgin keçmişdi. Onların yaxşı hücumçuları var. Sabahkı qarşılaşmanı da səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Comentarios


bottom of page