Almaniya Futbol İttifaqının prezidenti istefa verdi


Almaniya Futbol İttifaqının (DFB) prezidenti Frits Keller istefa verib.

Muğan TV DFB-in rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı funksioner aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında baş verən qalmaqalın fonunda vəzifəsindən ayrılıb.

İclas zamanı Keller DFB vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə edib. Bundan sonra Keller həmkarından üzr istəyib, lakin Kox onun üzrü qəbul etməyib.

Keller vida açıqlamasında hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib və istefasını bütün DFB-nin yaşadığı xoşagəlməz vəziyyətdən çıxış yolu adlandırıb.