top of page

Aliminum folqadan istifadə etmək çox zərərlidir


Aliminum folqadan istifadə etmək çox zərərlidir. Səbəblərini bilmək itəyirsinizsə aşağıdakları diqqətlə oxuyun! Aliminum folqadan kulinariya sahəsində, mətbəxdə çox istifadə edilir. Aliminum folqa ən çox ətlərin qızardılması zamanı stifadə edilir. Alimlərin çoxu folqanın insanlara faydasından çox zərəri olduğunu söyləyirlər. Belə ki, aliminum folqadan istifadə edən zaman metal qida vasitəsinə və qidadanda orqanizmə daxil ola bilir.

Amerikanın Şardj ştatının Universitetinin alimləri aliminum folqa ilə yemək bişirilməsi barədə araşdırmalar aparmış və onun istifadəsinın orqanizmıə zərərli olmasını təsdiq etmişlər. Belə ki, hər gün aliminum folqada bişirilən yeməklə qidalanan adamların orqanizmində aliminum metalı tapılmışdır. Araşdırmalar bu cür qida qəbul edənlərin orqanizmində aliminumun miqdarının normadan 6 dəfə çox olduğu aşkar edilmişdir. Belə ki, orqanizm üçün gün ərzində 40 mq aliminumun orqanizmə daxil olması təhlükəli hesab edilmir. 40 mq-dan artıq miqdarda aliminumun orqanizmı daxil olması böyrəklərdə və sümük sistemində patologiyalara səbəb ola bilir. Araşdırmaların nətisələri folqada bişmiş qida qəbul edənlərin limon şirəsi və tomat yemələri onların qanında olan aliminumun miqdarının artmasına səbəb olur.

Araşdırmalarda iştirak edən doktor Fatia Muxammed və doktor Essam Zubaydi folqada bişirilərkən tomat, pomidor, limon şirəsi əlavə edilmiş qidalarda aliminumun həmin qidalara keçmə şansı daha yüksək olur. Buna səbəb isə həmin qidalarda turşuluğun miqdarının çox olmasıdır.

Comentarios


bottom of page