top of page

Aksiya iştirakçısı: “Məqsədimiz monitorinq keçirilməsinə imkan yaradılmasına nail olmaqdır”


“Məqsədimiz Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasına nail olmaqdır”.

Bunu açıqlamasında Şuşa ərazisində sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən etiraz aksiyasının iştirakçılarından olan QHT fəalı Zəminə Zamanova deyib.

O bildirib ki, sülhməramlılar ermənilərin Azərbaycan ərazisində ekologiyaya zərər verən bütün hərəkətlərinə yol verməməlidirlər.

Hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə QHT üzvlərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

bottom of page