top of page

Aksiya başlayandan bəri Xankəndi-Laçın yolundan 585 erməni əsilli şəxsin humanitar məqsədlə istifadə


Bugünədək 585 erməni əsilli şəxsin Xankəndi-Laçın yolunda aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb.

Onlar aksiyanın təşkil olunduğu ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid avtomobillərdən yararlanıblar.

Hazırkı vaxtadək ərazidən ümumi olaraq 3 000-dək avtomobilin keçidi təmin olunub.

Bu bir daha onu sübut edir ki, aksiyanın başladığı ilk gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

Comments


bottom of page