top of page

Aksiyaçı: “Dinc ermənilərin təcili yardım avtomobillərinin keçidinə şərait yaratmağa hazırıq, nömrəl


“Dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırıq”.

Bunu "Report"un Şuşa-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandıran əməkdaşına açıqlamasında ekofəal Nəzrin Əzizli deyib.

O qeyd edib ki, artıq aksiya iştirakçılarının əlaqə nömrələri internetdə yerləşdirilib:

"Kiminsə ağır xəstəsi varsa, təcili yardımla bağlı problemi varsa, müraciət edə bilər. Ancaq neçə gündür ki, ekofəallar bunun üçün öz köməkliklərini təklif etsələr də, əlaqə vasitələrini internetlə yaysalar da, müraciət edən olmayıb".

Aksiya iştirakçısı deyib ki, aksiyanın tək məqsədi torpaqlarımızda qanunsuz istismarın qarşısının alınmasıdır.

bottom of page