top of page

Akar Yunanıstana xəbərdarlıq edib: "Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın”


“Yunanıstana demək istəyirik ki, güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın”.

Mugantv xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar "Piri Rəis" gəmisinin şəxsi heyəti ilə görüş zamanı deyib.

O bildirib ki, Türkiyə kimsə üçün təhdid deyil: “Türkiyə yaxşı müttəfiqdir. Unutmayaq ki, güclü Türkiyə güclü NATO deməkdir. Biz Şimali Kiprin hüquqlarını qorumağa davam edəcəyik”.

bottom of page